Gürcüstan vətəndaşlarının Aİ ölkələrinə vizasız səfərləri sərtləşdirilir – Yeni qərar

16:10 - 2.09.2020


2 sentyabr, Fineko/abc.az. Gürcüstan parlamenti ölkə vətəndaşlarının Şengen zonasına səfərlə bağlı yeni qaydaların yer aldığı qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

ABC.AZ xəbər verir ki, 2018-ci ildə hazırlanan sənədə yeni sərt qaydalar əlavə edilib.

Sənəd Avropa İttifaqı ölkələrində sığınacaq axtaran Gürcüstan vətəndaşlarının sayının artması səbəbindən hazırlanıb.

Qəbul olunan qanuna əsasən, Gürcüstan tərəfi, vətəndaşın sərhəddi keçərkən biometrik pasportu olmasa onu ölkədən buraxmayacaq. Həmçinin biometrik pasport son 10 il ərzində verilmiş və vətəndaşın vətənə qayıtması zamanında etibarlılıq müddətinin başa çatmasına ən azı 3 ay qalmış olmalıdır. Qeyd edək ki, 2017-ci ilin martından Gürcüstan vətəndaşları Şengen zonasına turizm, işgüzar və qonaq olmaq məqsədilə vizasız qısamüddətli səfər edə (180 gün ərzində 90 gün) bilirlər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər