Bu ərazidəki iaşə obyektləri yenidən qurulur – Xarici turistlər üçün

16:33 - 2.09.2020


2 sentyabr, Fineko/abc.az. Muğanlı-İsmayıllı və Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yollarının rayondan keçən hissəsində olan yolkənarı ticarət və iaşə obyektləri yenidən qurulur.

ABC.AZ Rayon icra hakimiyyətinə istinadən xəbər verir ki, yenidənqurma Ağsu rayonu ilə sərhəddən, Bizlan kəndindən başlayaraq Qəbələ ilə sərhədə, Sumağallı kəndinə qədər ərazini əhatə edir.

Muğanlı-İsmayıllı avtomobil yolunun 13-17-ci kilometrliyinin kənarında yerləşən 24 obyekt layihə əsasında müasir tələblərə uyğunlaşdırılıb, digərlərində işlər davam edir.

Qeyd edək ki, görülən yenidənqurma işlərində əsas məqsəd rayona gələcək yerli və xarici turistlərə müasir standartlara uyğun xidmət göstərməkdir.

 

Bütün xəbərlər