Kartof istehsalını artıran rayon – 6 hektar çox olub

17:12 - 2.09.2020


2 sentyabr, Fineko/abc.az. Ağsu rayonunda torpaq mülkiyyətçiləri sahələrdən 1458 ton kartof yığıblar.

Rayon statistika idarəsindən ABC.AZ-a verilən məlumata görə, cari ilin məhsulu üçün 172 hektarda kartof yetişdirilib.

Əkin sahələri ötən ildəkindən 6 hektar çox olub. Kartof istehsalı da əvvəlki ildəkinə nisbətən 80 ton artıb.

Qeyd edək ki, rayonda kartof əsasən şimal dağlıq ərazilərdə, o cümlədən Kalva, Nuran, dağətəyi ərazilər olan Qaraqoyunlu, Padar ərazi dairələrində əkilir.

 

Bütün xəbərlər