Yoluxmalar bu dəfə cüzi azaldı – 2 nəfər öldü

17:22 - 2.09.2020


2 sentyabr, Fineko/abc.az. Son 24 saatda Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 154 yeni yoluxma faktı qeydə alınıb, 139 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Operativ Qərargahdan ABC.AZ-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 36 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 34 116 nəfər müalicə olunaraq sağalıb, 538 nəfər vəfat edib, aktiv xəstə sayı 2 078 nəfərdir. Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 730, ötən müddət ərzində isə ümumilikdə 935 396 test aparılıb.

 

Bütün xəbərlər