330x110
 

Gizli selfi çəkilişi edən ilk telefon - Çində istehsal olunub

03.09.2020,11:13


3 sentyabr, Fineko/abc.az. Çinin ZTE şirkəti rəsmi olaraq yeni məhsulunu – “ZTE Axon 20 5G” smartfonunu təqdim edib.

ABC.AZ-ın məlumatına görə, cihazın əsas xüsusiyyəti hələ bu sənayedə görünməmiş ilk – ekran altında ön kameranın olmasıdır.

İstehsalçı şirkətin mütəxəssisləri smartfon ilə işləyərkən görünməyən ekranaltı kamera matris işləyib hazırlayıblar.

Smartfonun displeyi 2460x1080 piksel icazəli, 90Hz tezlikdə yenilənə bilən 6,92 düymlük OLED paneldir. Böyük ekrana və yeni texnologiyaların tətbiqinə baxmayaraq, smartfon nisbətən yığcamdır: çəkisi - 198 q, qalınlığı isə cəmi 7,98 mm-dir.

Müəllif: Elmir Murad