Gələn il inflyasiya belə olacaq – Detallar

11:25 - 3.09.2020


3 sentyabr, Fineko/abc.az. Cari ildə məcmu tələbin daralması, inflyasiya gözləntilərinin aşağı olması şəraitində inflyasiya səviyyəsinin 3,1 faizə bərabər olacağı proqnozlaşdırılır.

ABC.AZ Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasına istinadən xəbər verir ki, qlobal iqtisadiyyatda neft qiymətləri, dünya bazarında ərzaq qiymətlərinin gözləntiləri, pul kütləsinin artım tempi və sair digər amillərin fonunda növbəti ildə inflyasiya göstəricisi mülayim 3,0 faiz, sonrakı üç ildə də 2,7- 2,8 faiz ətrafında olacağı proqnozlaşdırılıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər