Bu Fondun gəlirləri 6 milyard manata yaxın olacaq – Nazirliyin göstəriciləri

12:35 - 3.09.2020


3 sentyabr, Fineko/abc.az. Dövlət Neft Fondunun (ARDNF) 2021-ci il üçün büdcəsinin gəlirləri 5 milyard 932 milyon 900 min manat nəzərdə tutulur.

ABC.AZ-ın məlumatına görə, bu, Maliyyə Nazirliyinin Azərbaycanın 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında əksini tapıb.

ARDNF-in 2021-ci il üçün büdcəsinin xərcləri isə 12 milyard 420 milyon 500 min manat proqnozlaşdırılır.

Qeyd edək ki, Fondun 2020-ci il gəlirləri 7 milyard  832 milyon 893,4 min manat, xərcləri isə 12 milyard 439 milyon 910,3 min manat təsdiq edilib.

 

Bütün xəbərlər