Azərbaycan bu sahəyə 4 milyard manata yaxın pul ayıracaq - Gələn il

14:24 - 3.09.2020


3 sentyabr, Fineko/abc.az. Gələn ilin Azərbaycanda müdafiə və milli təhlükəsizlik sahəsinə ayrılacaq vəsaitin həcmi büdcə xərclərinin 15,3 faizi həcmində proqnozlaşdırılır.

ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin Azərbaycanın 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.

Qeyd edək ki, 2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon manat, 2021-ci ildə dövlət büdcəsinin xərcləri 25 milyard 847 milyon 500 min manat məbləğində proqnozlaşdırılır. Beləliklə, gələn il Müdafiə və milli təhlükəsizlik xərcləri 3 milyard 954 milyon manatdan çox olacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər