Azərbaycanda ÜDM azalacaq – Proqnoz

15:04 - 3.09.2020


3 sentyabr, Fineko/abc.az. 2020-ci ilin sonunda ÜDM-in azalması gözlənilir.

Buna səbəb kimi İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 3 ssenari üzrə neftin qiymətinin 35, 40, 45 dollarda proqnozlaşdırılması gözlənilir.

ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasında qeyd olunub.

Həmin proqnozlara əsasən baza (40 $) ssenaridə 2020-ci ildə ümumi daxili məhsul real ifadədə 3,7 faiz az olmaqla 70,9 mlrd. manat, o cümlədən qeyri-neft ÜDM isə 2,9 faiz az olmaqla 50,4 mlrd. manat həcmində proqnozlaşdırılır.

 

Bütün xəbərlər