Bu investisiya şirkəti ötən ili zərərlə işləyib – Hesabat

10:15 - 4.09.2020


4 sentyabr, Fineko/abc.az. Azərbaycanın "Plato Capital and Co" İnvestisiya şirkəti 2019-cu il üzrə hesabatını açıqlayıb.

ABC.AZ şirkətin illik hesabatına istənadən xəbər verir ki, şirkət ötən ili zərərlə başa vurub.

Belə ki, ötən il investisiya şirkətinin faiz gəlirləri 20,6 min manat, xərcləri 6,9 min manat olub.

Nəticədə şirkətin xalis faiz gəliri 13,7 min manat təşkil edib.

Bununla yanaşı adıçəkilən şirkət ötən il haqq və komissiya gəlirləri əldə edə bilməyib.

Müqayisə üçün qeyd edək ki, şirkət 2018-ci ildə bu maddə ilə 21 min manat qazanmışdı.

Nəticədə 2019-cu ildə  şirkətin xalis faiz gəlirləri 13,7 min manat təşkil edib ki, bu da 2018-ci illə müqayisədə 1,9 dəfə azdır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər