ABŞ-da COVİD 19-a qarşı peyvəndləmə başlayacaq – Oktyabrdan

10:39 - 4.09.2020


4 sentyabr, Fineko/abc.az. ABŞ Prezidenti Donald Tramp seçicilərlə keçirilən görüşdə maraqlı açıqlama ilə çıxış edib.

ABC.AZ xəbər verir ki, Tramp Covid-19 peyvəndinin. bəlkə də oktyabr sonundan əvvəl tətbiq ediləcəyini açıqlayaraq seçiciləri sevindirib.

O qeyd edib ki, yeni növ koronavirusa qarşı 3 peyvəndin son klinika mərhələsi aparılır.

"Peyvəndlərin tətbiqini tezləşdirməyi seçkilər yaxınlaşdığı üçün deyil, insanların həyatını xilas etmək istədiyimiz üçün edəcəyik" deyə Tramp bildirib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər