330x110
 

Lukaşenko Belarusda iğtişaş yaradan ölkələrin adlarını açıqlayıb - Siyahı

04.09.2020,11:18


4 sentyabr, Fineko/abc.az. Aleksandr Lukaşenko Polşa, Çexiya, Litva və Ukraynanın Belarusun daxili işlərinə qarışdıqlarını və etiraz aksiyalarını idarə etdiklərini söyləyib.

ABC.AZ xəbər verir ki, dövlət başçısı xarici təsirin Belarusun vəziyyətinə böyük təsir göstərdiyini də vurğulayıb.

A.Lukaşenkonun sözlərinə görə, Belarus ünvanına yönələn hər bir mənfi addıma reaksiya göstərir.

“Bizim üçün ən başlıcası, atəşin Minskdə alovlanmasının qarşısını almaqdır. Çünki hər zaman belə olur: alov paytaxtdan başlayaraq bütün ölkəyə yayılır”, deyə Lukaşenko deyib.

Qeyd edək ki, Latviya, Litva və Estoniyada Belarusdakı prezident seçkilərindən sonra yaranmış vəziyyətə görə Lukaşenko və digər 29 məmurun ölkəyə girişinə qadağa qoyulub.

Müəllif: Elmir Murad