330x110
 

Korrupsiya İdarəsi bu qurumda əməliyyat keçirib - Səbəbi açıqlanmır

04.09.2020,13:59


4 sentyabr, Fineko/abc.az. Daxil olmuş məlumatın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən araşdırılmasının nəticəsi olaraq Baş İdarə tərəfindən Nazirliyin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 5 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasında (Binəqədi) bir az öncə əməliyyat keçirilib.

ABC.AZ-ın məlumatına görə, bunu Nazirliyin İctimaiyyətlə Əlaqələr və Kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Qurum rəsmisi qeyd edib ki, yaxın zamanda bununla bağlı mediaya geniş məlumat veriləcək.

Müəllif: Elmir Murad