Bu rayonun fermerlərinə sertifikatlı toxumlar veriləcək

15:09 - 4.09.2020


4 sentyabr, Fineko/abc.az. Masallı rayonunun Qızılağac kəndində  payızlıq və yazlıq əkinlərdə fermerləri həvəsləndirmək üçün yaxın müddətdə onlara yeni sertifikatlı toxumlar veriləcək.

ABC.AZ-ın məlumatına görə, Masallı rayonunda, ümumilikdə, 16 min hektar sahədə şumlanma işi aparılmalıdır.

Masallı rayon DAİM–indən  bildirilib ki, bu günədək rayonda 2 min 500 hektardan çox taxıl sahəsində şum qaldırılıb.

Bundan sonra ikinci şum aparılacaq, gübrə veriləcək. Yaxın günlərdə toxum gətirilməsi nəzərdə tutulub. Fermerlər bu barədə məlumatlandırılıb və onlara sertifikatlı toxumlar paylanılacağı bildirilib.

 

Bütün xəbərlər