Təmir olunan 11 kilometrdən artıq yolda işlər yekunlaşıb - 32 min əhali yararlanacaq

15:18 - 4.09.2020


4 sentyabr, Fineko/abc.az. Hacıqabul–Muğan avtomobil yolunda yenidənqurma işləri yekunlaşıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən ABC.AZ-a bildirilib ki, sözügedən avtomobil yolunun uzunluğu 11,5 kilometrdir.

Məlumata əsasən, yolun 6,4 kilometrlik hissəsi III texniki dərəcəli, 5,1 kilometrlik hissəsi isə şəhər daxili yoldur. Yolun hərəkət hissəsinin eni müxtəlif ərazilər üzrə fərqlidir və 7-20 metr arası dəyişərək 2-5 hərəkət zolağı təşkil edir. Yolun yenidən qurulması 32 min əhalinin yaşadığı 2 yaşayış məntəqəsi arasında nəqliyyat əlaqəsinin daha da yaxşılaşmasına, yük və sərnişin daşımasının asanlaşmasına müsbət təsir edəcək. Bundan başqa, əhalinin bir neçə istiqamətdən həm Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yoluna, həmçinin Hacıqabul-Şirvan avtomobil yolu vasitəsilə respublikanın digər şəhər və rayonlarına rahat çıxışı təmin olunub.

 

Bütün xəbərlər