BNA gündəm olmuş şöbə müdirini işdən çıxardı – Rəsmi

15:42 - 4.09.2020


4 sentyabr, Fineko/abc.az. Bakı Nəqliyyat Agentliyinin qalmaqallı çıxışı ilə gündəmə gəlmiş şöbə müdiri Hikmət Babayev işdən azad olunub.

Bunu ABC.AZ-a Agentliyin mətbuat katibi Mais Ağayev deyib.

Qeyd edək ki, işdən çıxarılan H.Babayev artıq bir neçə gündür ki, ölkə gündəmini zəbt etmişdi. O taksi xidməti və qiymətinin tənzimlənməsi barədə ajiotajlı açıqlama vermiş, ondan sonra çoxsaylı tənqidlərə məruz qalmışdı.

Müəllif: Elmir Murad

Bütün xəbərlər