Azərbaycanda yemək pulu verən ali məktəb - Tələbə ayda 60 manat alır

16:40 - 4.09.2020


4 sentyabr, Fineko/abc.az. Baş Nazir Əli Əsədov Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların aylıq yemək xərcinin məbləğinin və xüsusi geyim forması ilə təmin olunması normalarının təsdiq edilməsi haqqında qərar verib.

ABC.AZ xəbər verir ki, qərara əsasən, Azərbaycan İlahiyyat İnstitutunda bir təhsilalana verilən aylıq yemək xərci 60 manat məbləğində təsdiq edilib.

Bu Qərarın 1-ci hissəsi ilə təsdiq edilmiş aylıq yemək xərci bakalavriat səviyyəsində təhsilalanlara 4 ildən, magistratura səviyyəsində təhsilalanlara 2 ildən, doktorantura səviyyəsində təhsilalanlara isə 3 ildən çox olmayan müddət üzrə ödəniləcək.

Bu Qərarın 1-ci və 2-ci hissələrinin icrası ilə bağlı xərclər dövlət büdcəsində publik hüquqi şəxslər üçün nəzərdə tutulmuş vəsaitin bölgüsündə Azərbaycan İlahiyyat İnstitutuna ayrılan vəsait hesabına ödənilir.

 

Bütün xəbərlər