Şadlıq sarayları nə vaxt açılır? – Deputatdan açıqlama

16:55 - 4.09.2020


4 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi millət vəkili Vüqar Bayramov "Mall"arın açılması barədə təklif irəli sürdüklərini bildirib.

ABC.AZ-ın məlumatına görə, V.Bayramov eyni zamanda yeni standartlar və meyarlar hazırlamaqla noyabrın 1-dən şadlıq saraylarının da fəaliyyətinə icazə verilməsini tövsiyə etdiklərini qeyd edib: "Çünki bu sektorda da kifayət qədər vətəndaşımız çalışır. Bizim qiymətləndirmələr göstərir ki, ictimai iaşə və xidmət sektorunda 150 mindən artıq vətəndaşımız çalışır və yan sektorları da nəzərə alsaq, bu rəqəm daha böyükdür. Bu baxımdan məşğulluğun təmin ediməsi üçün iqtisadi açılımları davam etdirmək məqsədəuyğundur”.

 

Bütün xəbərlər