Sahələrindən 3800 tona yaxın şəkər çuğunduru yığılan rayon

17:28 - 4.09.2020


4 sentyabr, Fineko/abc.az. Şamaxı rayonunda şəkər çuğunduru yığımı sona çatıb.

ABC.AZ Rayon statistika idarəsinə istinadən xəbər verir ki, cari mövsümdə 101 hektarda şəkər çuğunduru yetişdirilmişdi. Torpaq mülkiyyətçiləri sahələrdən 3737 ton məhsul götürüblər.

Qeyd edək ki, hazırda yerli bazarlarda şəkər çuğundurunun bir kiloqramının qiyməti 70-80 qəpikdir.

 

Bütün xəbərlər