330x110
 

Hotellərdə monitorinq aparılır – Səbəb

04.09.2020,17:37


4 sentyabr, Fineko/abc.az. Hotellərdə aparılan monitorinqlərin məqsədi pandemiya və post-pandemiya dövründə sanitariya və gigiyena qaydalarının tətbiqində turizm sənayesi nümayəndələrinə dəstək göstərmək, maarifləndirmə işini aparmaqdır.

ABC.AZ xəbər verir ki, bu haqda Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov medianın suallarını cavablandırarkən bildirib.

Monitorinq prosesinin ictimaiyyətə çatdırılması üçün Dövlət Turizm Agentliyi və Qida Təhlükəsizliyi Agentliyi tərəfindən Bakıda yerləşən 2 hotelə media tur təşkil edilib. Avqustun 24-dən etibarən ölkə üzrə keçirilən monitorinqlərdə sentyabrın 2-dək Bakıda və regionlarda yerləşən 229 hotel monitorinq olunub. Monitorinqlərdə Dövlət Turizm Agentliyinin nümayəndələri ilə yanaşı, aidiyyəti dövlət qurumlarının və yerli icra hakimiyyəti orqanlarının əməkdaşları da iştirak edir.

Müəllif: Elmir Murad