330x110
 

Bank sektorunun bitib-tükənməyən problemləri – Əmanətlər azalır

07.09.2020,10:21


7 sentyabr, Fineko/abc.az. Azərbaycanda problemli kreditlər artıb.

Bunu ABC.AZ-a bank sektorunun vəziyyətini şərh edən ekspert Əkrəm Həsənov deyib.

O qeyd edib ki, pandemiya onsuzda böhran içində olan bank sistemimizin vəziyyətini daha da ağırlaşırdı.

Böhranın 2015-ci il devalvasiyasından sonra başlandığını xatırladan Ə.Həsənov qeyd edib ki, mart ayının sonundan davam edən krizis ilk növbədə problemli kreditləri artırdı: "Təbii ki, həm istehlakçılar, həm də sahibkarlar götürdükləri kreditləri qaytarmaqda çətinlik çəkirlər.  Çunki bəziləri işsiz qalıb, yaxud əmək haqqı azalıb. Sahibkarların da məlum səbəblərə görə gəlirləri azalıb və yaxud bəzi sahələrdə ümumiyyətlə iş yoxdur.  Təbii ki, belə olan halda kreditləri qaytarmaq mümkunsüzdür. Digər tərəfdən də Mərkəzi Bank aprelin sonunda banklara tövsiyə etdi ki, senytabrın sonuna qədər müştərilərə möhlət versinlər. İndi banklar əsasən çalışırlar ki, bu möhləti verməsinlər və hər bir halda problemli kreditlər artıb. Bununla yanaşı kreditlərin xeyli hissəsi qayıtmır. Hələ onu demirəmki, əvvəlki illərin problemli kreditləri öz yerindədir, hətta onlar da həll oluna bilərdisə indi həll oluna bilmir. Digər tərəfdən də əmanətlər banklardan çıxarılır. İlin əvvəlindən təxminən bir milyad manat əmanət azalıb".

Müəllif: Elmir Murad