330x110
 

Milli Məclis toplaşır - Müzakirə olunacaq məsələlərin siyahısı

07.09.2020,10:40


7 sentyabr, Fineko/abc.az. Bu gün Milli Məclisin payız sessiyası çərçivəsində ilk komitə iclası keçiriləcək.

ABC.AZ xəbər verir ki, komitənin iclasında Milli Məclisin Elm və təhsil komitəsinin 2020-ci ilin payız sessiyası üçün iş planı, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş), Əmək Məcəlləsində, “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Təhsil haqqında”, “Məktəbəqədər  təhsil haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında (birinci oxunuş), İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında, Cari məsələlər müzakirə olunacaq.

Milli Məclisin payız sessiyasının ilk plenar iclası sentyabrın 30-da başlayacaq.