Bakıda məktəbin yeni korpusunun açılışı olub – Prezident tədbirə qatılıb

11:02 - 7.09.2020


7 sentyabr, Fineko/abc.az. Prezident İlham Əliyev Bakının Nizami rayonunda 251 nömrəli tam orta məktəbdə aparılan əsaslı təmir işləri ilə tanış olub, bu təhsil ocağının yeni korpusunun açılışında iştirak edib.

ABC.AZ dövlət başçısına məktəbdə yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, 1974-cü ildən fəaliyyətdə olan məktəbdə ümumilikdə 1700-ə yaxın şagird təhsil alır.

Onların da təxminən yarısı ikinci növbədə dərsə gəlirdi.

Böyük sıxlıq var idi. Yeni korpus bu problemi aradan qaldıracaq.

 

Bütün xəbərlər