Nazir: Azərbaycanda istixanalar üçün subsidiya verilməyəcək

16:01 - 29.01.2018


29 yanvar, Fineko/abc.az. Bakıda 2014-2018-ci illərdə regionların inkişafı üzrə Dövlət Proqramının dördüncü ilinin yekunlarına həsr olunmuş konfrans keçirilir.

Konfrans zamanı kənd təsərrüfatı naziri Heydər Əsədov deyib ki, dövlət, aqrar sahənin müxtəlif istiqamətlərinin inkişafı üçün, onlara subsidiya verilməsi metodunu tətbiq edir.

“Bununla belə, istixana təsərrüfatı sahəsi subsidiyalaşdırılmayacaq, çünki bu sahə investorlar üçün artıq cəlbedicidir və dövlətin təqdim etdiyi kiçik subsidiyaya ehtiyac yoxdur. İstixana təsərrüfatlarının maliyyələşdirilməsi məsələsi gündəmdə deyil və məqsədəuyğun hesab edilmir”, - nazir belə deyib. 

 

 

Bütün xəbərlər