10 rayon və şəhər üçün avtobusların sayı artırılır – Siyahı

14:22 - 7.09.2020


7 sentyabr, Fineko/abc.az. Sentyabrın 8-dən etibarən regionlara gediş-gəliş məhdudiyyətinin aradan qaldırılması ilə əlaqədar olaraq (şəxsi minik avtomobilləri ilə) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidməti regionlarda gücləndirilmiş iş rejimi elan edib.

ABC.AZ-ın məlumatına görə, bunu DANX-ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib. O qeyd edib ki, bununla əlaqədar olaraq, Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən bütün turistik zonalarda ehtimal olunan sərnişin axınına uyğun olaraq avtobusların sayının artırılması ilə bağlı tapşırıq verilib. Şəki, Zaqatala, Qax, Qəbələ, Lənkəran, Masallı, Quba, Qusar, İsmayıllı və Şamaxıda sentyabrın 8-dən avtobuslarla daha sıx qrafiklə xidmət göstəriləcək.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər