Kredit götürmək üçün onu da asanlaşdırdılar – Yeni platforma qurulub

14:52 - 7.09.2020


7 sentyabr, Fineko/abc.az. Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri (DƏYDR) daha təkmil texnoloji platformada yenidən qurulub.

Mərkəzi Bankdan ABC.AZ-a bildirilib ki, iqtisadi subyektlərin daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarının genişləndirilməsi məqsədilə 2018-ci ildə istifadəyə verilmiş Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri daha təkmil texnoloji platformada yenidən qurulub.

Yenilənmiş DƏYDR (https://mpcr.e-cbar.az) müasir texnoloji və təhlükəsizlik tələblərinə tam cavab verməklə yanaşı, onun digər dövlət informasiya sistemləri ilə inteqrasiya edilməsi imkanları yaradılıb.

İqtisadi subyektlərin yaradılmış DƏYDR platformasından aktiv istifadəsini təşviq etmək məqsədilə xidmət haqlarının əhəmiyyətli aşağı salınması istiqamətində mövcud hüquqi-normativ bazaya dəyişikliklər edilib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər