Azərbaycan ilk dəfə toxum istehsalına başlayacağını bildirib

29.01.2018,16:06


29 yanvar, Fineko/abc.az. Azərbaycan ilk dəfə toxum istehsalına başlayır.

Azərbaycanın Kənd Təsərrüfatı naziri Heydər Əsədovun sözlərinə görə, artıq cari ildə bitki toxumlarının doqquz növü istehsal edilə bilər.

“Tərəvəzçilik İnstitutu nəzdində artıq toxumçuluq təsərrüfatı təşkil edilmişdir  və artıq bu il toxum istehsalı başlana bilər”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, toxum istehsalı üçün avadanlığın satınalınması üçün 700 milyon manat ayrılıb.

 

Açar sözlər: toxum