Çin Yuanı dünyanın ən qüdrətli 3-cü pulu ola bilər – Sürətlə möhkəmlənir

15:51 - 7.09.2020


7 sentyabr, Fineko/abc.az. Çin milli valyutası Yuan dünyanın ən qüdrətli pulu olma yolunda sürətlə irəliləyir.

ABC.AZ-ın məlumatına görə, ekspertlər hesab edir ki, Çinə artan xarici sərmayələr Yuanın istifadəsini artıracaq.

Bu isə Çin valyutasının ABŞ dolları ilə Avronun ardından dünyanın ən böyük üçüncü pulu ola bilmə ehtimalını artırır. Çin hökuməti də bu istiqamətdə ciddi addımlar atır.

Belə ki, rəsmi Pekin bunun üçün aktivlərini çoxaldır.

Belə getsə 2030-cu ilə qədər  Çin Yuanı Yapon Yeni və İngilis Funt-sterlinqini keçə bilər.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər