Qubada 900-a yaxın arıçıya subsidiya verilib

16:34 - 7.09.2020


7 sentyabr, Fineko/abc.az. Qubada 841 arıçı dövlət dəstəyindən faydalanıb.

ABC.AZ-ın məlumatına görə, bu il qubalı arıçılara, ümumilikdə, 22 min 400-dən çox arı ailəsinə görə subsidiya ödənilib.

Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Aydın Qədiməliyev bildirib ki, rayondakı arıçıların təsərrüfatındakı arı ailələrinin hamısı pasportlaşdırılıb və hər arı ailəsinə identifikasiya kodu verilib.

Bu il rayonda 3 mindən çox yeni arı ailəsi qeydiyyata alınıb.

Son illər Qubada arıçılıq təsərrüfatlarının sayında 10 faiz, arı ailələrinin sayında isə 15 faiz artım olub.

 

Bütün xəbərlər