Avropa Komissiyası Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığı dərinləşdirmək fikrindədir

17:26 - 29.01.2018


29 yanvar, Fineko/abc.az. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Avropa Komissiyasının nəqliyyat və mobillik üzrə baş direktoru Henrik Hololeyin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüş zamanı Azərbaycanın aparıcı beynəlxalq nəqliyyat dəhlizlərindən biri kimi önəmi vurğulandı, ölkəmizin nəqliyyat qovşağı sahəsində mühüm rolu qeyd olundu, Avropa İttifaqının bu işlərə strateji əhəmiyyət verdiyi bildirildi.

Görüş əsnasında Azərbaycan ilə Avropa İttifaqı arasında nəqliyyat sahəsində mütəmadi dialoqun yaradılmasının zəruriliyi vurğulandı və nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

 

 

Bütün xəbərlər