Gürcüstanda karantin rejimi yenidən sərtləşdirilir? – Baş nazirdən açıqlama

16:48 - 7.09.2020


7 sentyabr, Fineko/abc.az. Gürcüstanda qapalı məkanlarda müxtəlif tipli tədbirlərin keçirilməsinə nəzarət gücləndiriləcək.

ABC.AZ xəbər verir ki, bunu Gürcüstanln baş naziri Giorgi Qaxaria deyib.

O qeyd edib ki,  sosial və ritual mərasimlərin keçirilməsinə nəzarəti gücləndirmək mütləqdir: "Xüsusilə də bu nəzarət qapalı məkanlara aid edilməlidir. Biz bunun açıq misalını Acarıstan bölgəsində gördük, orada bir neçə ay ərzində çox böyük toy mərasimləri keçirildi və hazırda o bölgə virusun yayılma mənbəyinə çevirildi. Buna görə də qapalı məkanlarda sosial tədbirlərin həyata keçirilməsinə bütün ölkə miqyasında sərt şəkildə nəzarət artırılacaq".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər