“AzFinance”ın xalis mənfəəti azalıb – 20 faiz

17:00 - 7.09.2020


7 sentyabr, Fineko/abc.az. “AzFinance” İnvestisiya şirkəti 2019-cu ili 261 min manat xalis mənfəətlə başa vursa da, 2018-ci illə müqayisədə şirkətin xalis mənfəəti 20% azalıb.

ABC.AZ şirkətin illik hesabatına istinadən xəbər verir ki, “AzFinance” 2018-ci ili 328 min manat xalis mənfəətlə bitirmişdi.

Hesabatdan aydın olour ki, şirkətin xalis mənfəətinin azalması gəlirlərin geriləməsindən qaynaqlanır.

Belə ki, ötən il şirkətin əməliyyat gəlirləri 3 milyon 105 min manatdan 1 milyon 849 min manata düşüb (1 milyon 256 min manat və ya 40% azalıb).

Ən çox azalma portfelin idarə edilməsi üzrə olub. Belə ki,  2018-ci illə müqayisədə 2019-cu ildə “AzFinance”ın portfelin idarə edilməsindən gəliri 41% azalaraq 1 milyon 31 min manata düşüb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər