330x110
 

Neftin qiymətinin azalma səbəbləri - Millət vəkilindən proqnoz

08.09.2020,11:24


8 sentyabr, Fineko/abc.az. Neftin dünya bazar qiymətində yenidən azalmalar müşahidə olunur. Avqust ayında 1 bareli 45 dollara yaxınlaşan Brent markalı neft indi 42 dollardan ucuz təklif olunur.  Neftin qiymətindəki azalmalar daha çox ABŞ-da benzinə tələbin azalması və sözügedən ölkənin 22 ştatında koronavirusa yoluxma sayının yenidən artması ilə əlaqədardır. 

ABC.AZ xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov neft qiymətlərini şərh edərkən deyib.

V. Bayramov qeyd edib ki, digər tərəfdən, əksər beynəlxalq qurumlar da pandemiyanın ikinci dalğasının olacağını və hətta dünya iqtisadiyyatındakı itkilərin 35 tirlyon dollaradək artacağı barədə açıqlamalar verirlər. "Bu isə ondan xəbər verir ki, pandemiya genişlənəcəyi halda dünyada yeni böhran yaşana bilər. Deməli, dünya iqtisadiyyatında son 2 ayda müşahidə olunan canlanma sadəcə böhran öncəsi nisbi sakitlik də ola bilər" deyə V. Bayramov qeyd edib.

 

Müəllif: Elmir Murad