Bu şirkət istiqraz buraxacaq - İlk dəfə

11:42 - 8.09.2020


8 sentyabr, Fineko/abc.az. “AzerGold QSC yaxın gələcəkdə Bakı Fond Birjası (BFB) vasitəsilə ilk dəfə olaraq istiqrazların tədavülə buraxılmasını planlaşdırır.

ABC.AZ QSC-yə istinadən xəbər verir ki, planlaşdırılan qiymətli kağızların emissiyası təkcə “AzerGold”un investisiya portfelinin şaxələndirilməsi deyil, eləcə də vətəndaşlar üçün mənfəətli investisiya imkanları yaratmaq məqsədi daşıyır.

İstiqrazların emissiyasından cəlb ediləcək vəsaitin isə “Çovdar” (Daşkəsən), “Köhnəmədən” (Balakən) və “Qaradağ” (Şəmkir-Gədəbəy) layihələri üzrə yeni yataqların resurslarının artırılmasına, yataqların yerüstü hissəsində istismar işlərinin sürətləndirilməsinə və çöl tədqiqat işlərinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulub. Adıçəkilən layihələrin istismarı yerləşdiyi bölgədə sosial-iqtisadi inkişafa töhfə verməklə yanaşı, ölkə iqtisadiyyatına milyardlarla vəsaitin cəlb edilməsinə imkan yaradacaq. 

 

Müəllif: Elmir Murad

Bütün xəbərlər