Sığorta agentliklərinin sayı artdı - 2 yeni şirkət yaradıldı

12:18 - 8.09.2020


8 sentyabr, Fineko/abc.az. Azərbaycanda daha 2 sığorta agentliyi təsis edilib.

ABC.AZ-ın məlumatına görə, hər 2 agentlik İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən artıq qeydiyyata alınıb.

Sözügedən şirkətlər  "Sabah Sığorta Agentliyi" MMC və "Qarant Sığorta Agentliyi" MMC-dir.

Hər iki şirkətin nizamnamə kapitalı 10 manatdır.

 

 Müəllif: Elmir Murad

Bütün xəbərlər