Turizm şirkətləri üçün yenilik - Layihəyə start verilib

16:28 - 8.09.2020


8 sentyabr, Fineko/abc.az.  Azərbaycan Turizm Bürosu ölkədə yeni layihəyə start verib.

ABC.AZ xəbər verir ki, proqramın əsas məqsədi turizm destinasiyası kimi Azərbaycan və onun turizm imkanları  haqqında məlumatların onlayn rejimdə rəqəmsal platformalarda yerləşdirilməsini təmin edən layihələrə dəstək göstərilməsidir.

Layihə Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) və Azərbaycan Turizm Assosiasiyası (AZTA) ilə birgə həyata keçirilir. Proqram yalnız xüsusi meyarlara cavab verən gəlmə turizmi ilə məşğul olan şirkətlər və 25 sentyabradək qeydiyyatdan keçirilən layihələr üçün nəzərdə tutulub.

 

Bütün xəbərlər