Gürcüstanda benzin bahalaşacaq – Səbəb

10:13 - 9.09.2020


9 sentyabr, Fineko/abc.az. Yaxın aylarda Gürcüstanda benzinin qiyməti bahalaşacaq.

ABC.AZ xəbər verir ki, bu barədə Gürcüstan Neft İxracatçıları Birliyi məlumat yayıb.

Birliyin məlumatına görə, yanacağın bahalaşmasına dünya bazarındakı qiymət artımı səbəb olacaq. Bildirilib ki, koronavirus pandemiyasının tədricən sovuşması və iqtisadiyyatın inkişafı artıq neft məhsullarının qiymətinə təsir edir.

Dünya bazarında neft məhsullarının qiyməti artır və bu da təbii ki, Gürcüstandan yan keçmir.

Qeyd edək ki, hazırda Gürcüstanda yanacağın qiyməti 1,75-1,80 və 2,10 GEL arasında dəyişir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər