Qazlaşdırmanı 95 faizə çatdırmaq üçün ARDNŞ-a 100 milyon manat ayrılacaq

11:06 - 30.01.2018


30 yanvar, Fineko/abc.az. Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Neft Şirkətinə (ARDNŞ) 2018-ci ildə qazlaşdırma səviyyəsini 95%-ə çatdırmağı həvalə edib.

“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Azərbaycan prezidenti İlham Əliyev bildirib ki, hal-hazırda qazlaşdırmanın səviyyəsi 93% təşkil edir və bu da yaxşı göstəricidir.

“Hələ də bir çox kəndlər var ki, oraya qaz xətləri çəkilməyib. Dövlət büdcəsində bu məqsədlər üçün bu il Azərbaycan Dövlət Neft Şirkətinə 100 milyon manata yaxın vəsait nəzərdə tutulur. Azərbaycan Dövlət Neft Şirkəti bu işləri qısa müddət ərzində görməlidir və qazlaşdırma 95 faizə çatmalıdır. Ondan sonra, gələn il isə baxacağıq ki, ucqar dağ kəndlərinə qaz xətlərinin çəkilişi ilə bağlı hansı addımlar atılmalıdır”, - dövlət başçısı belə deyib.

 

Bütün xəbərlər