Tıxaca səbəb olan dairədə yeni qovşaq tikilir – 2 yol ötürücüsü qurulacaq

11:02 - 9.09.2020


9 sentyabr, Fineko/abc.az. Bakının Binəqədi rayonunun Sulutəpə dairəsində tikinti işlərinə başlanılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ABC.AZ-a verilən məlumata görə, sözügedən ərazidə tikiləcək qovşaq 2 yol ötürücüsündən ibarət olacaq.

Yol ötürücüləri Biləcəri, Binəqədi həmçinin Şamaxı və qeyd edilən istiqamətdə yerləşən qəsəbələrdən hərəkət edə avtonəqliyyat vasitələrinin dairədəsıxlıq və tıxac yaratmadan paytaxt istiqamətinə rahat və maneəsiz hərəkətini təmin edəcək.

Yol ötürücüləri 3 və 4 aşırımlı olmaqla uzunluqları 69 və 128 metr, eni isə 9 metr təşkil edəcək. Hazırda körpülərin dayaqlarının inşası aparılır.

Layihə əsasında dairə ətrafında olan 2350 metr uzunluğa malik yolların təmiri, piyada səkilərinin yaradılması, 600 metrdən çox istinad divarlarının inşası nəzərdə tutulur.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər