Yumurta istehlakı 13 ədəd artıb – Hesabat

11:50 - 9.09.2020


9 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi son 5 ildə adambaşına düşən bəzi məhsulların istehlak həcmini açıqlayıb.

ABC.AZ-ın məlumatına görə, son 5 ildə adambaşına düşən süd və süd məhsulları istehlakında böyük artım müşahidə olunmayıb.

Belə ki, adambaşına düşən süd və süd məhsulları istehlakı illik 246,3 kq təşkil edib.

Adambaşına illik yumurta istehlakı 13 ədəd artaraq 165 ədəd, balıq və balıq məhsulları istehlakı 0,4 kq artaraq 7,6 kq təşkil edib.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər