AZAL-dan əvvəllər nəzərdə tutulmuş aviareyslərlə bağlı açıqlama – Olmayacaq

12:37 - 9.09.2020


9 sentyabr, Fineko/abc.az. "Azərbaycan Hava Yolları" QSC (AZAL) tərəfindən oktyabr ayının 1-dək əvvəllər mövcud olan aviareyslər üzrə uçuşların bərpası nəzərdə tutulmayıb.

ABC.AZ AZAL-a istinadən xəbər verir ki, hazırda xüsusi karantin rejiminin 30 sentyabr tarixinədək uzadılması səbəbindən AZAL yalnız İstanbul, London və Berlin istiqamətində xüsusi reyslər həyata keçirməyə davam edir.

Qeyd edək ki, cədvələ uyğun olaraq İstanbula uçuşlar hər gün, Londona – hər həftə cümə axşamları, Berlinə isə cümə günləri yerinə yetirilir.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər