330x110
 

Dörd nəhəng şirkət barədə yoxlamalar başlandı – Qanunları pozublar

09.09.2020,15:22


9 sentyabr, Fineko/abc.az. Rusiyada fəaliyyət göstərən 4 nəhəng şirkət bir sıra qanunları pozmaqda ittiham olunur.

ABC.AZ-ın məlumatına görə, bunlar "Coca-Cola", "Danone", "Procter & Gamble" ("P&G"), "Heineken" şirkətləridir. Belə ki, adıçəkilən 4 şirkət  müntəzəm şəkildə ətraf mühit standartlarını pozmaqda, ekologiya rüsumlarını ödəməməkdə və istehsal etdikləri məhsullara dair hesabatlar təqdim etməməkdə ittiham olunurlar.

Artıq sözügedən şirkətlərlə bağlı yoxlamanın nəticələri Baş Prokurorluğa göndərilib. Rusiyanın Təbii Sərvətlərə Nəzarət üzrə Federal Xidmətin ("Rosprirodnadzor") hesabatında qeyd olunub ki, istintaqa Dövlət Dumasının Ekologiya və ətraf mühitin mühafizəsi komitəsinin sədrinin müavini Nikolay Valuyevin təşəbbüsü ilə başlanılıb. Xarici şirkətlərin tullantıların utilizasiyası üzrə öhdəliklərə əməl etməməsi ekoloji fəlakətə səbəb ola bilər.

Müəllif: Elmir Murad