Məşhur aviaşirkətdən alınan biletləri dəyişdirmək mümkün olacaq – Bu tarixədək

16:12 - 9.09.2020


9 sentyabr, Fineko/abc.az. “Türk Hava Yolları” cari il dekabrın 31-dək alınmış və alınacaq bütün biletləri ödənişsiz dəyişdirmək imkanı yaradıb.

Aviaşirkətdən ABC.AZ-a bildirilib ki, sərnişinlərin məmnuniyyəti üçün “Türk Hava Yolları” bilet qaydalarında yeni dəyişiklik edib.

Yeni qaydaya uyğun olaraq, martın 21-dən alınmış və dekabrın 31-dək yazılacaq bütün biletlərdə məhdudiyyətsiz tarix dəyişikliyi etmək pulsuz olacaq.

Biletin ödənişsiz dəyişikliyi üçün sərnişinlər orijinal biletlərindəki ilk uçuş tarixindən əvvəl bilet rezervasiyasında yer alan bütün uçuşları ləğv etməli, yeni tarix müəyyən etməlidir.

Bu şəkildə biletə ediləcək limitsiz dəyişikliklər ödənişsizdir. Yəni, bilet dəyişikliyi üçün heç bir cərimə alınmayacaq.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər