Yeni tədris ilində 1-ci sinifdə 165511 şagird təhsil alacaq – Proqnoz

16:56 - 9.09.2020


9 sentyabr, Fineko/abc.az. 2020-2021-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 574 206  şagirdin təhsil alacağı gözlənilir.

ABC.AZ-ın məlumatına görə, şagirdlərin ümumi sayından 733 279 nəfəri qız, 840 927 nəfəri isə oğlandır.

Ümumtəhsil məktəblərinin I sinfində 165511, IX sinfində 132734, XI-XII-ci sinfində isə 85044 şagirdin təhsil alacağı proqnozlaşdırılır.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər