Turizm obyektləri fəaliyyətini yeni şərtlərlə bərpa edə bilər – Detallar

10:30 - 10.09.2020


10 sentyabr, Fineko/abc.az. Bir sıra fəaliyyət sahələrinin bərpası, eləcə də rayonlara giriş-çıxışa tədbiq edilən məhdudiyyət aradan qaldırıldığı üçün uzun müddət fəaliyyət göstərməyən turizm şirkətləri yenidən öz işini bərpa edə bilər.

Azərbaycan Turizm Agentlikləri Assosiasiyasıdan (ATAA) ABC.AZ-a verilən məlumata görə, artıq turizm şirkətlərinə Nazirlər Kabinetinin 16 may 2020-ci il tarixli Qərarının 1-ci bəndinə əsasən, təsdiq edilmiş metodiki göstərişlərin tələblərinə riayət etməklə ofis şəraitində işləməklərinə icazə verilir.

"Turizm şirkətlərinə müraciət edərək, metodiki göstərişlərin tələblərinə əməl etməyə, vətəndaşların və işçi personalının sağlamlığına xüsusi önəm verməyə çağırırıq" - deyə qurumun açıqlamasında qeyd olunub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər