Ziya Məmmədovun qardaşının şirkəti bağlandı – İnşaat işləri ilə məşğul idi

10:52 - 10.09.2020


10 sentyabr, Fineko/abc.az. Bakı Beynəlxalq Avtovağzal Kompleksinin inşasını həyata keçirmiş və  uzun illər kompleksi idarə etmiş “Bakı-XXI Əsr” MMC-nin fəaliyyəti dayandırılıb.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, fəaliyyətinə xitam verilən adıçəkilən MMC “Top Properties” MMC-yə qoşulub.

Sonuncu isə “Bakı-XXI Əsr” MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edildiyini elan edib.

Qeyd edək ki, bir sıra KİV-lərdə yayılmış məlumata görə, “Bakı XXI Əsr” MMC keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədova məxsus olub.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər