Sahibkarlar üçün daha bir avantaj – Məhkəməyə videozənglə öz fikirini bildirirlər

12:18 - 10.09.2020


10 sentyabr, Fineko/abc.az. “Elektron məhkəmə” sistemi sahibkarlar üçün məhkəmələrə əlçatımlığın asanlaşdırılmasına müsbət təsir edir.

ABC.AZ report-a istinadən xəbər verir ki, bunu Ədliyyə Nazirliyinin onlayn müzakirəsi zamanı nazirliyin “Elektron məhkəmə” informasiya sistemi üzrə İşçi Qrupunun üzvü Xəyyam Bayramov deyib.

Onun sözlərinə görə, sahibkar bu “elektron kabinet” vasitəsilə məhkəməyə getmədən iddia ərizəsinin və digər sənədlərin təqdim edilməsini, həmçinin alınmasını elektron qaydada həyata keçirə bilir: “Pandemiya dövründə tətbiq olunan yeniliklərdən biri də distant məhkmələrin fəaliyyətidir. Belə ki, sahibkarlar məhkəməyə gəlmədən videozəng vasitəsilə məhkəməyə qoşularaq öz fikirini bildirirlər. Bu isə sahibkarlar üçün həm vaxt, həm də maddiyyat baxımından əlavə sərfiyyatın qarşısını alır”.

 

Bütün xəbərlər