Ötən ay ucuzlaşan və bahalaşan məhsullar – Siyahı

14:10 - 10.09.2020


10 sentyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Dövlət Statistika Komitəsi 2020-ci ilin yanvar-avqust aylarında istehlak qiymətləri indeksi ilə bağlı məlumat yayıb.

ABC.AZ sözügedən məlumata istinadən xəbər verir ki, cari ilin avqust ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox ucuzlaşma limonun, bananın, almanın, armudun, gavalının, şaftalının, qarpızın, yemişin, üzümün, çiyələyin, qurudulmuş meyvələrin, fındığın, kələmin, pomidorun, balqabağın, bibərin, badımcanın, göy lobyanın, bahalaşma isə əsasən yumru düyünün, manna və qarabaşaq yarmasının, vermişelin, spagettinin, qoyun ətinin, kolbasa məmulatlarının, təzə və dondurulmuş balığın, xamanın, yumurtanın, portağalın, əriyin, kivinin, qozun, xiyarın, çuğundurun, yerkökünün, sarımsağın, soğanın, kartofun, çayın, meyvə şirəsinin, pivənin və tütün məmulatlarının qiymətlərində müşahidə olunub.

Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

2020-ci ilin avqust ayında həm qeyri-ərzaq məhsulları, həm də əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0 faiz təşkil edib, əvvəlki ilin avqust ayına nisbətən isə müvafiq olaraq 1,4 və 1,1 faiz artıb.

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər