Nazir təlim keçəcək – Bu namizədlər üçün

14:39 - 10.09.2020


10 sentyabr, Fineko/abc.az. İqtisadiyyat naziri Mikayıl Cabbarov “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinə keçmiş namizədlər üçün təlim keçəcək.

ABC.AZ-ın məlumatına görə, vebinar formatında təşkil ediləcək təlim 11 sentyabr saat 11:00-da “İdarəçi rəhbər və təcrübə” mövzusunda keçiriləcək. Vebinar “Yüksəliş” müsabiqəsinin İşçi qrupunun rəhbəri Fərhad Hacıyevin moderatorluğu ilə baş tutacaq.

 

Bütün xəbərlər