Qonşu ölkədə koronavirusun ikinci dalğası başladı – Baş nazirdən açıqlama

14:43 - 10.09.2020


10 sentyabr, Fineko/abc.az. Gürcüstanda koronavirus panidemiyasının ikinci dalğası başlayıb.

ABC.AZ xəbər verir ki, bunu Gürcüstanın baş nazir Giorgi Qaxaria hökumətin iclasında deyib.

Hökumət rəhbəri ölkədəki epidemioloji vəziyyətin yavaş-yavaş dəyişdiyini açıqlayıb: "Bu gün qeydə alınan 57 yoluxma və dünənki 44 yoluxma halı onu göstərir ki, ölkədəki epidemioloji vəziyyət asta-asta dəyişir. Biz ikinci dalğanın başlamasını ehtimal edirik. Bu proses faktiki olaraq hazırda başlayır.  Biz vəziyyəti yönəldirik və vəziyyət təmamilə nəzarətimiz altındadır. Misal üçün, epidemiyanın başladığı ilk günlərdə bizim səhiyyə sistemimiz gündəlik 159 PCR test həyata keçirirdi, bu gün isə 6000-7000 test həyata keçirə bilirik. Gələcəkdə bu rəqəmlər 10 000 nəfərədək arta bilər".

Müəllif: Elmir Murad

 

Bütün xəbərlər